“Sabah bizi çətin gün gözləyir” - Türkiyəli idmançı AÇIQLADI

“İlk mərhələ çox yaxşı keçdi”. Bunu SİA-ya açıqlamasında türkiyəli idmançı Ömər Arsoğlu deyib.

O, Beynəlxalq Xankəndi Ulturamarafon yarışının ilk mərhələsində Qəbələdən Ağdaşa kimi 55 km məsafəni ikinci olaraq bitirməsinə münasibət bildirib.

İdmançının sözlərinə görə, məsafə az olduğu üçün bu gün nəticə qazanmaqda çətinlik çəkməyib: “Bizi sabah çətin gün gözləyir. Sabah məsafə daha çoxdur. Ümid edirəm ki, orada da yaxşı nəticə əldə edə bilərəm. Qaçdığım zaman heç bir zədəm və narahatlığım olmadı. Sevinirəm ki, rahatlıqla bu mərhələni adlaya bildim”.

Qeyd edək ki, ulturamarafon yarışı aprelin 13-dək davam edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə