"Aprel ayında güləş üzrə U-17 Azərbaycan birinciliyi keçiriləcək" - Elçin Cəfərov AÇIQLADI

“Mən hazırda Gəncədə keçirilən yarışdayam”. Bunu SİA-ya açıqlamasında "Şöhrət” və "Olimpiya” ordenli, Tərəqqi medallı yunan-Roma güləşi üzrə mütəxəssis Elçin Cəfərov deyib.

Millinin sabiq baş məşqçisi Gəncədə təşkil olanan U-15 Azərbaycan birinciliyini ilə bağlı danışıb.

Cəfərovun sözlərinə görə, iki gün bundan qabaq U-15 Azərbaycan birinciliyində sərbəst güləş üzrə mübarizə başa çatıb: “Dünəndən etibarən yunan-Roma güləşi üzrə idmançılarımız öz şanslarını sınayırlar. Bu yarışın regionlarda keçirilməsi bir daha Azərbaycan güləşinin inkişafına xidmət edən proqramlara aiddir. Azərbaycan Güləş Federasiya tərəfindən nəzərdə tutulub ki, il ərzində hər bölgəmizdə bu cür mötəbər yarışlar keçirilsin. Bu plana uyğun olaraq U-15 Azərbaycan birinciliyi Gəncədə keçirilir. Aprel ayında isə U-17 Azərbaycan birinciliyi isə Astarada keçiriləcək. Təbii ki, bu yarış davamlı xarakter daşıyır. Bu yarış ölkə birincilərini müəyyənləşdirməklə yanaşı, ölkənin yığma komandasının əsas üzvlərini formalaşdıracaq. Həmçinin Avropa birinciliyində ölkəmizi təmsil edəcəklər”.

O vurğulayıb ki, yarışın təşkilatçılığı yüksək səviyyədədir: “Hər şey yaxşıdır, heç bir problem yoxdur. Sadəcə udan və uduzanlar var. Bizə də onların ən yaxşısı lazımdır. Yaxşı mübarizə aparan idmançıların adlarını çəkmək istəmirəm. Çünki indidən onları arxayınlaşdırmaq olmaz. Gəncədə daim güləşə olan maraq yüksək səviyydə olub. Gəncədə yeniyetmələr arasında bu idman növü olduqca populyardır. Buradakı məşqçilər korpusuda yaxşdır. Fikrimcə, hər bölgədə təbliğat bu cür olsa güləşimizin inkişafı daha da yüksək olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə