Real Madridə gəlməmişdən əvvəl göstərdikləri performansla diqqətçəkən Arda Gülər və Endrik transferdən sonra lazımi dəqiqələri tapa bilmədiklərinə görə klubdan ayrılmaq istəyirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hər iki futbolçu 2026-cı il dünya çempionatında milli komandada oynamaq üçün “Real Madrid”i tərk etmək qərarına gəlib. Real Madridin gələcəyə ümid bağladığı adlar Endrik və Arda Gülərdir. Klub hər birinin transferinə ayrı-ayrılıqda hüquqlarını 20 və 35 milyon avro ödəyərək oyunçuları transfer edib.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə