Premyer Liqa: “Zirə” – “Kəpəz” oyunu təxirə salınıb

Misli Premyer Liqasının XXIV turunun bu gün keçirilməli olan “Zirə” – “Kəpəz” oyunu təxirə salınıb.

SİA xəbər verir ki, Gəncə klubundan verilən məlumata görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Zirə İdman Kompleksinin meydançası qara büründüyündən matç bu gün baş tutmayacaq.

Qeyd edək ki, görüş saat 17:00-da başlamalı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə