“Sumqayıt”ın sabiq qapıçısı I Liqa klubunda

“Sumqayıt”ın sabiq qapıçısı I Liqa klubunda

Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, komanda qapıçı İlnur Vəliyevi transfer edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, qolkiperlə 1 illik müqavilə imzalanıb. İlnur “Sumqayıt”, “Sumqayıt-2” və “Rubin-2” kimi komandalarda forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə