ABŞ millisi qrupda qalıb - Panama növbəti mərhələyə yüksəlib

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib. SİA xəbər verir ki, C qrupunda daha əvvəl 1/ 4 finala vəsiqəni təmin etmiş Uruqvay ABŞ-la qarşılaşıb. Görüş uruqvaylıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə Panama seçməsi Boliviyanı məğlub edib – 3:1.

Bununla Uruqvaydan sonra Panama yığması da adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Argentina, Venesuela, Ekvador, Braziliya və Kolumbiya yığmaları növbəti mərhələyə vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə