“Mançester Siti” klubunun yarımmüdafiəçisi Kalvin Fillips qarşıdakı qış transfer pəncərəsində “Nyukasl Yunayted"ə keçə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Nyukasl”ın baş məşqçisi Eddi Hau Fillipsi müdafiəyəmeylli yarımmüdafiəçi mövqeyini gücləndirmək üçün üstün seçim kimi müəyyənləşdirib.
Futbolçunun özü komandanı dəyişməkdə maraqlı olarsa, klub rəhbərliyi Fillipsi almağa cəhd edəcək. Vurğulanır ki, “Nyukasl” ilk növbədə ingilis futbolçunu icarəyə götürməkdə maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB