Rusiyalı avarçəkənlərə Almaniya viza verməyib

Rusiyalı avarçəkənlərə Almaniya viza verməyib

Almaniya rusiyalı avarçəkənlərə yaşı 23-dən aşağı olan idmançıların Avropa çempionatında iştirak etmək üçün viza verməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Avarçəkmə Federasiyasının mətbuat xidməti bildirib.

Rusiya yığmasının baş məşqçisi Aleksandr Zyuzin rusiyalı idmançıların avqustun 25-27-də Krefelddə keçiriləcək Avropa çempionatına getməyəcəklərini bildirib.

Qeyd edək ki, Almaniyada dörd rusiyalı idmançı yarışmalı idi: Aleksandr Yakovlev, Anastasiya Lyubiç (hər ikisi təkbətək), Oleq Dudko və İvan Kladov (ikisi koksvensiz).

Zyuzinin dediyinə görə, adları çəkilən bütün iştirakçılar 23 yaşadək gənclər arasında Belarusun açıq çempionatına yollanacaqlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə