Qılıncoynatma üzrə 6 qat dünya çempionu Olqa Harlan Milanda keçirilən dünya çempionatından diskvalifikasiya edilib.
Səbəb?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynalı qılınc ustası döyüşdən sonra rusiyalı qadın həmkarı Anna Smirnova ilə əl sıxmaqdan imtina edib.
Qeyd edək ki, bu, qaydaların pozulması kimi qiymətləndirilib.
Onu da qeyd edək ki, 32 yaşlı Harlan turnirin əvvəlində neytral bayraq altında çıxış edən 23 yaşlı Smirnovanı üstələyib (15:7).
Əlini uzadaraq ukraynalı qadına yaxınlaşan Smirnovaya əl uzatmayan Olqa Harlan, qılıncını qabağa verib. Rus saytlarının yazdığına görə, buna etiraz edən Smirnova, Harlana hörmət etmədiyi üçün etiraz edib və matçdan sonra 50 dəqiqədən çox trasda qalıb.
Maraqlıdır ki, etiraz rədd edilsə də, lakin sonradan, Harlanın diskvalifikasiya aldığı məlum olub.
Smirnova isə irəli getmədi, əvəzində Harlanın növbəti rəqibi bolqar İoanna İleva turnir cədvəlində yuxarı qalxdı.
Yeri gəlmişkən, Ukrayna Milli Qılıncoynatma Federasiyasının bəyanat yayaraq, federasiyanın idmançılarına Rusiya və Belarusdan olan rəqiblərlə həmrəylik ifadə etməyi qadağan etdiyini bildirib, amma...
...Yarışın qaydalarına əsasən, idmançıların yarışdan əvvəl və ya sonra rəqibləri, hakimləri və ya tamaşaçıları salamlamaqdan imtina etməsi turnirdən kənarlaşdırılma və 60 gün müddətinə diskvalifikasiya ilə cəzalandırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB