“Neftçi”nin qapıçısı beş ay yaşıl meydanlardan uzaq qalacaq

“Neftçi”nin qapıçısı beş ay yaşıl meydanlardan uzaq qalacaq

Bakının “Neftçi” klubu ciddi itki ilə üzləşib.

SİA-nın əldə etdiyi məlumata görə, “Matç TV Kuboku” turniri çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayev beş ay yaşıl meydanlardan uzaq qalacaq.

Axil vətərinin total cırılması diaqnozu qoyulan qapıçı əməliyyat olunacaq.

Qeyd edək ki, Emil Balayev mövsüm başa çatan kimi “Səbail”dən “Neftçi”yə keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə