"Kəpəz" klubu qapıçısı ilə müqaviləni yeniləyib

"Kəpəz" klubu qapıçısı ilə müqaviləni yeniləyib

Gəncənin "Kəpəz" futbol klubu qapıçısı Kamran İbrahimovla müqaviləni yeniləyib.

SİA-nın əldə etdiyi məlumata görə, 24 yaşlı qolkiperlə birillik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, K.İbrahimov "Kəpəz"ə ötən ilin yayında "Neftçi"dən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə