Tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib

Tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib

İtaliya A Seriyasını tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib. SİA xəbər verir ki, 36-cı turda “Spetsiya”nın “Leççe” ilə bərabərə (0:0) qalmasından sonra “Kremoneze”nin B seriyasına düşməsi dəqiqləşib. Bu komandanın 19-cu pillədəki yeri dəyişməyəcək.

Adıçəkilən komanda 24 xalla 19-cu pillədədir.

“Kremoneze”dən əvvəl “Sampdoriya”nın İtaliya A Seriyasını tərk edəcəyi dəqiqləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə