Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasında olub, Federasiyanın rəsmiləri, məşqçiləri və idmançılarla görüşüb. Bu barədə SİA-ya ABF-dən məlumat verilib.
Olimpiya İdman Kompleksində keçirilən görüşdə ölkəmizin boks idman növündə ötən il əldə etdiyi uğurlar, Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda 30-u qızıl, 20-si gümüş olmaqla ümumilikdə 77 medal qazandığı, o cümlədən Avropa çempionatında 5-i qızıl olmaqla, 18 medal əldə etdiyi bildirilib.
Müxtəlif yaş qrupları üzrə milli komandalarımızın 15 yarışda 161 boksçu ilə təmsil olunduğu, onlardan 59-nun Avropa çempionatlarında, 102-nin beynəlxalq turnirlərdə iştirak etdiyi, boksçularımızdan 48 faizinin həmin yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırdığı diqqətə çatdırılıb.
ABF-in prezidenti Sahil Babayevə Naxçıvan MR Boks Federasiyasının fəaliyyəti, Naxçıvan boksçularının əldə etdiyi nailiyyətlər, həmçinin boksçuların təlim-məşqlərinin təşkili və s. üzrə görülən işlər barədə məruzə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB