"İdmançılarımız bu cür yarışlara yüksək motivasiya ilə hazırlaşırlar" - İDMANÇI BİLDİRDİ

“Beynəlxalq idman tədbirlərinin Azərbaycanda təşkil edilməsinin bir çox yaxşı tərəflər var”. Bu sözləri SİA-ya açıqlamasında Dünya çempionatında qızıl medal əldə edən azərbaycanlı boksçu Cavid Cələbiyev bildirib.

Onun sözlərinə görə, öncəliklə qeyd edim ki, bu yarışlar nəticəsində ölkəmizə xeyli sayda turist axın edir və bunun nəticəsində bizim ölkəmiz və paytaxtımızdan xəbərdar olurlar: “Bununla onlar bizim bayrağımızı görür, himnimizi eşidir, paytaxtımızda yerləşən tarixi abidələrimizlə tanış olurlar. Bütün bunlardan xəbərdar olan xarici vətəndaşlarda artıq öz ölkələrinə qayıtdıqları zaman Azərbaycan dövlətinin adı gələndə bizim necə bir xalq olduğumuzu bilirlər. Məhz bu səbəbdən beynəlxalq ölkələrin bizim ölkəmizdə təşkil edilməsi Azərbaycanın daha çox tanınmasına səbəb olur. Həmçinin belə yarışlar yerli idmançılarımızın həvəsini daha da artırır və onlar ölkəmizdə təşkil olunan geniş miqyaslı beynəlxalq tədbirlərə yüksək motivasiya ilə hazırlaşırlar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə