Fərid Qayıbov Qazaxıstanın informasiya və ictimai inkişaf nazirini qəbul edib - FOTOLAR
Martın 10-da gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdıralini qəbul edib. Bu barədə SİA-ya AGİN-dən məlumat verilib. Görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələrinin günbəgün daha da möhkəmləndiyi qeyd olunub. Ölkəmizdə gənclər siyasəti barədə məlumat verən nazir Fərid Qayıbov Azərbaycanla Qazaxıstan arasında bu sahədə əməkdaşlığın mövcud olduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən Qazaxıstanlı nazir Darxan Kıdrali Qarabağ haqqında qazax dilində yazılmış kitabı Fərid Qayıbova hədiyyə edib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB