Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək. Bu barədə SİA-ya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib. “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparacaq. Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.
Qeyd edək ki, 4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB