Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTOLAR

Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub. SİA-nın verdiyi məlumata görə, ilk olaraq gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər. Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib.

Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 48 ölkədən 173 gimnast müxtəlif proqramda çıxış edəcək. Azərbaycanı yarışda Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

Qeyd edək ki, bu gün kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlarda isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollarda təsnifat yarışları baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə