"Azərbaycan üçün çətin oyun olacaq" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Azərbaycan-Avstriya oyununun bizim üçün çətin keçəcəyini düşünürəm". Bu sözləri SİA-ya açıqlamasında Səbail futbol komandasının baş məşqçisi Şahin Diniyev bildirib.

Baş məşqçi qeyd edib ki, Azərbaycan üçün keçirilən bütün oyunlar çətindir: "Avstriya da Avropanın qabaqcıl yığmalarından biridir. Bu baxımdan Azərbaycan üçün həm səfərdə oynamaq, həm də bu cür güclü komanda ilə qarşılaşmaq çətinlik yaradacaq. Hesab barədə proqnoz deyə bilmərəm. Lakin Azərbaycan hesabı heç-heçə ilə bitirərsə bu bizim xeyrimizədir. Lakin olduqca çətin oyun olacağı gözlənilir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə