Hənbol üzrə Avropa çempionatı nə zaman keçiriləcək? - QURUMDAN AÇIQLAMA

Qız həndbolçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib. Bu barədə SİA-nın soğrusuna Azərbaycan Həndbol federasiyasından məlumat verilib.

Qurumdan verilən məlumata görə, bu il avqustun 5-dən 13-dək Bakıda təşkil olunacaq 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “A” qrupunda yer alan Azərbaycan seçməsi, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. “B” qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə