Voleybol üzrə keçirilən ölkə çempionatı davam edir - QURUMDAN AÇIQLAMA
Dekabr ayından start götürən ölkə çempionatı öz axarı ilə davam edir. Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Bu barədə məlumatı SİA-nın sorğusuna Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qurumdan verilən məlumata görə, dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Qeyd edək ki, ötən gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir təxirə salınan oyun keçirilib. VII turun baş tutmayan “Xarı bülbül” - MOİK matçı Voleybol Mərkəzində təşkil olunub. Qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlayıb. İlk hissədə 27:25 hesabı ilə qalib gələn “Xarı bülbül” komandası sonrakı setləri də aktivinə yazıb - 25:08, 25:19.
Beləliklə, bu matçdan sonra Azərbaycan Yüksək Liqasında III dövrə başa çatıb. Üç dövrədən sonra “Murov” 26 xalla turnir cədvəlinə liderlik edir. 15 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
VII tur ( təxirə salınan oyun)
“Xarı bülbül” - MOİK 3:0 (27:25, 25:08, 25:19)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB