Messinin xanımı oğlunun dəftərindəki yazıları paylaşdı - FOTO

Messinin xanımı oğlunun dəftərindəki yazıları paylaşdı - FOTO

Lionel Messinin böyük oğlu Tyaqo 2022-ci il dünya çempionatının finalı öncəsi atasına və Argentina millisinə müraciət edib. SİA xəbər verir ki, uşağın dəftərindən fotonu anası Antonella Rokutso sosial şəbəkələrdə paylaşıb.

Oğlan Argentina rok qrupu “La Mosca”nın mahnısının sözlərindən sitat gətirib.

“İndi yenə ümidimiz var. Mən üçüncü DÇ-ni qazanmağımızı istəyirəm. İstəyirəm ki, dünya çempionu olaq. Dieqo isə cənnətdə Lionelə azarkeşlik etsin”, - Tyaqo mahnının sözlərini özünəməxsus şəkildə dəyişərək yazıb.

Qeyd edək ki, Argentina və Fransa arasındakı final oyunu dekabrın 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə