Portuqaliyalı azarkeşlər millinin baş məşqçisi Fernando Santuşun Kriştianu Ronaldonu Mərakeşlə matçda start heyətindən kənarlaşdırmaq qərarına münasibət bildiriblər. Maraqlıdır ki, onlar məşqçinin bu qərarını dəstəkləyiblər.
Qeyd olunur ki, Portuqaliya millisinin "Twitter"dəki rəsmi hesabında komandanın forvardının 1/4 final matçında ehtiyat oyunçular skamyasında qalacağı ilə bağlı xəbərə azarkeşlər münasibət bildiriblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, azarkeşlər Kriştianu hələ də Portuqaliya millisinin simvolu olduğunu desələr də, bununla belə, onun aktiv oyunçu kimi vaxtının bitdiyini deyiblər.
Yəni azarkeşlər açıq şəkildə “Ronaldonun vaxtı bitdi” deyirlər.
Və bunu onun start siyahısında olmaması ilə əlaqələndirirlər. Azarkeşlər qeyd etdilər ki, onsuz milli komanda yeni səviyyəyə yüksəlib və nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Bundan əlavə, Ronaldonun daim yorğun göründüyünü, 20-30 dəqiqədən çox oynaya bilməyəcəyini qeyd ediblər. Və komandanın həm onunla, həm də onsuz yaxşı oynadığını qeyd ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB