“Tolgshow” adlı şousunun keçiriləcəyi tarix məlum olub

“Tolgshow” adlı şousunun keçiriləcəyi tarix məlum olub

Tolqa Çevikin Bakıda təxirə salınan “Tolgshow” adlı şousunun keçiriləcəyi tarix məlum olub. SİA xəbər verir ki, proqram 24 noyabrda Bakı Konqres Mərkəzində baş tutacaq.

Bu barədə “İticket.az” platforması məlumat yayıb. Biletlərin qiyməti isə 35-350 manat arası dəyişir.

17 sentyabrda keçiriləcəyi planlaşdırılan şou Azərbaycan ordusunun şəhid verməsi ilə əlaqədar təxirə salmışdı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə