Sənət adamları istədiyi vaxt ağzına gələni danışa bilməz - TƏNQİDÇİ AÇIQLADI

“Mən kulturoloq olaraq ümumilikdə sənət və düşüncə baxımından hər hansısa bir yazıçının, müəllifin, jurnalistin, incəsənət xadiminin sıxışdırılmasının qəti əleyhinəyəm”. Bu sözləri SİA-ya açıqlamasında tənqidçi ekspert Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, amma bu isə o demək deyil ki, sənət adamları ağlına və ağzına gələnləri kütləvi və ictimai tədbirlərdə danışsınlar. Söhbət Rəşad Dağlıdan gedirsə o bizim meyxanamızı qabağa aparan şəxslərdən biridir. "Youtube" plaformasında da onun videolarını izlədiyimiz zaman meyxana deyərkən bir çox yalnış ifadələr işlətdiyinin şahidi oluruq. Təhqir heç vaxt yol verilə bilməz. Ümumilikdə kimliyindən aslı olmayaraq hər hansısa bir şəxsi təhqir etmək olmaz. Nəzərə almaq lazımdır ki, sənət tənqid edə bilər amma təhqir edə bilməz.

Meyxanaçıların bu tipdəki buraxdıqları səhvlər əvvəl-axır mədəni düşüncədə çox böyük münaqişələr yaradır. Çünki incəsənət, o cümlədən də meyxana insanları ayırmamalı əksinə millətləri birləşdirməlidir. Ona görə ki, bizim də xoşumuza gəlməz ki, İranda və ya digər başqa bir yerdə bizim milli qəhrəmanımız və ya tanınmış bir insanımızı tənqid etsinlər. Yadınıza gəlirsə İranda cənubi azərbaycanlılarla bağlı bir ifadə işlənmişdir. Bu münasibətlə də buna qarşı çıxıb, etirazılarını bildirdilər. O cümlədən bizim sənətçilərimizdə bu baxımdan ehtiyatlı olmalıdırlar.

Meyxana kütləvi bir janrdır və el incəsənətinin bir nümunəsidir. Bununla əlaqədar olaraq həmin insanların ağzına sayğac qoya bilmərik ki, dediyi sözdən çəkinsin. Çünki həm meyxana, həm də ona yaxın olan aşıq sənətində bədahətən deyilən şeirlər, meyxanalar, deyişmələr zamanı bir-birinə hədə qorxuların gəlməsini qəbul olunur. Ancaq heç vaxt klassik ədəbiyyatda da təhqirə yol verilmir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə