Nəqliyyat insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Lakin bildiyiniz kimi son dövrlərdə nəqliyyatda yaranan tıxaclar və ölüm halları getdikcə çoxalır. Bəs buna səbəb olan amillər hansılardır? Hansı proses bu kimi halların yaşanmasına səbəb olur? Cəmiyyətimizə belə hadisələr necə təsir edir? Bütün bu suallara cavab tapmaq məqsədilə SİA-a şəhər sakinləri arasında sorğu keçirdi. Gəlin görək şəhər sakinləri hansı təssüratları bildirəcək.

Şəhər sakini Novruz Əliyev: “Fikrimcə, paytaxt yollarında baş verən tıxacların və qəzaların əsas səbəbi pulla sürücülük vəsiqəsi alan insanlardır. Buna görə də düşünürəm ki, sürücülük vəsiqəsi verilərkən qurum rəhbərləri daha diqqətli olmalıdırlar. Çünki bugünkü gündə qəzalar törədənlərin ən çoxu məhz elə insanlardır. Hər sürücülük vəsiqəsi olan özünü sürücü hesab edir”.

Şəhər sakini Namiq Məmmədli: “Keçən il Respublikamıza 95 min yeni avtomobil gətirilmişdir. Bu avtomobillərin 70 faizi yəqin ki, bizim sevimli paytaxtımızdadır. Belə olduğu təqdirdə Azərbaycanın nəqliyyatını tənzimləmək çətin olur. Amma bacardığımız qədər tıxacların qarşısını almağa çalışmalıyıq. Ən azından yol hərəkəti qaydaları ilə bağlı tədbirlər görülsə və cəmiyyət maarifləndirilsə çox yaxşı olar”.

Şəhər sakini Rövşən Abdullayev: “Mənim özüm "Wolt"da işləyirəm. Yəni sifarişli qidaların çatdırılması ilə məşğulam. Bir sürücü kimi onu deyə bilərəm ki, bizim motosikletləri yerləşdirmək üçün ərazi verilmir. Ona görə də Sahil bağının içərisində saxlayırıq. Bu da birçox insanın narazıçılığına səbəb olur. Bunun üçün bir vətəndaş kimi tələb edirəm ki, bizim kimi sürücülər üçün parkinq sistemi yaradılsın”.
Şəhər sakini Paşa Vəliyev: “Nəqliyyatımızda bir yox, bir çox problemlər var. İlk növbədə problem odur ki, yollarda maşın çoxdur. İndiki dövrdə bir evdən 4 maşın çıxır. Bununla yanaşı ticarət mərkəzlərinin şəhər mərkəzində olması, məktəblərin və universitetlərin paytaxtda çoxluq təşkil etməsi də və s. bunların hamısı tıxaclara səbəb olur".

Şəhər sakini Rəmziyə Xudaverdiyeva: “Mənim maşınım olmasa da, bir piyada kimi yollarda bir çox problemlərlə rastlaşıram. Avtobuslarda sıxlıq demək olar ki, günü-gündən artır. Bunun da əsas səbəbi sürücülərin yol hərəkəti qaydalarını bilməməsi və sürücü mədəniyyətsizliyindən irəli gəlir".
Şəhər sakini İlham Quliyev: “Mənim fikrimə görə, nəqliyyatla bağlı problemləri aradan qaldırmaq üçün çoxlu sayda cərimələr tətbiq olunmalıdır. Bu cərimələrə də hamı eyni cür riaət etməlidir. Əks təqdirdə bu problemlər aradan qalxmayacaq”.

Şəhər sakini Mehdi Qocayev: “Tıxaca və qəzalara səbəb olan ən birinci amil "Uber" və ya "Bolt" sürücüləridir. Bildiyiniz üzrə bu kimi sürücülər nəinki yolda eyni zamanda müştərini apararkən də bir çox hadisələr törədirlər. Ona görə belə sürücülərin qarşısı alınmalıdır. Onları yola buraxmamışdan qabaq müəyyən reydlərdən keçirməlidirlər. Çünki bu şəxslər harada istəyirlər ordada avtomobillərini saxlayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB