"Memar Əcəmi" stansiyasına köməkçi qatar verilib

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb. Bu barədə SİA-ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib: "Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə