Küləkli hava nə qədər davam edəcək? AÇIQLAMA

Bakıda müşahidə olunan güclü külək gün ərzində davam edəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, hazırda Bakıda gecə saatlarından başlayaraq güclü şimal-qərb küləyi əsir:"Qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti bu gün gün ərzində davam edəcək. Paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti saniyədə 15-20, bəzi yerlərdə isə 25-30 metrədək güclənəcək. Bölgələrdə yağış yağacaq, ayrı-ayrı yerdə yağıntılar intensiv xarakterli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə