Vətən yolunda sinəsini sipər edən daha bir Qəhrəmanımız - Əmrahov Rasim

Əmrahov Rasim İmran oğlu 1988-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olmuşdu. Orta təhsilini də bu kənddə alıb.

2006-cı il ilin oktyabr ayının 16-da hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini 2008 ildə başa vurduqdan sonra bir müddət öz kəndlərində təssərrüfatla məşğul olsa da, vətənin azadlığı, bütövlüyü uğrundakı arzuları, istəkləri ona rahatlıq vermədi. 2014 cu ildən MAXE əsgər olaraq 708 saylı hərbi hissəsədə xidmətə başlamış, tapşırıqları vaxtında yerinə yetirdiyinə, fəaliyyətində fərqləndiyinə və göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilmişdi. O, 27 sentyabr 2020 ci il tarixində torpaqlarımızın azadlığı uğrunda başlanmış Vətən müharibəsində bütün əsgər və zabitlərimiz kimi iştirak etmiş və 2020 ci ilin oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına ŞƏHİD olub.

Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid olanlar heç vaxt unudulmurlar, yaddan çıxmırlar. Vətən, xalq, millət yaşadıqca onlar da yaşayırlar!

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə