Müdafiə Nazirliyinin dəstəyi ilə 220 saylı məktəbdə onlayn “Açıq dərs” keçirilib -FOTOLAR

Müdafiə Nazirliyinin dəstəyi ilə 220 saylı məktəbdə onlayn “Açıq dərs” keçirilib -FOTOLAR

Dekabrın 18 də Müdafiə Nazirliyinin dəstəyi ilə ölkəmizdə daha bir yeniliyə imza atılıb. Nizami rayonu Ərəstun Mahmudov adına 220-nömrəli məktəb-liseyin 2 “d” sinfinin şagirdləri ilə “Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır” adlı Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin fəaliyyətinə və şanlı Azərbaycan Ordusunun zəfərlərinə həsr olunmuş onlayn “Açıq dərs keçirilib”. Onlayn dərsə məktəbin rəhbər heyəti, şagirdlərin valideynləri və hərbi qulluqçular qoşulublar.

Dərs zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətləri əsasında, eləcə də Müdafiə nazirliyinin rəsmi internet səhifəsində yayımlanan videosujetlər əsasında hazırlanmış video çarxlar nümayiş etdirilib. Uşaqlar Ali Baş Komandanı, Vətəni, Bayrağı, Azərbaycan Ordusunu və işğaldan azad edilmiş Qarabağı tərənnüm edən vətənpərvərlik mövzusunda şeirlər oxumuş, mahnılar ifa etmişlər.

Onlayın “Açıq dərs”ə qoşulan polkovnik Elşad Əbilov, polkovnik-leytenant Pünhan Nəsibov, qazi kapitan Fərman Namazov və əsgər Qədaşov Mahir 44 günlük Vətən Müharibəsində qələbələrimizdən, şəhidlərimizin və qazilərimizin rəşadətindən, işğal altında olan torpaqlarımızın azad edilməsindən danışıblar.

Məktəbli Tanrıverdili Məhəmməd dərs zamanı hərbçilərə müraciət edərək Vətən sevgisindən və bu sevgidən doğan, böyüyəndə zabit olmaq arzusunda olduğunu bildirib və bu işdə ona dəstək olmağı xahiş edib. Dərsdən sonra Müdafiə nazirliyinin zabiti polkovnik-leytenant P. Nəsibov fərdi qaydada balaca Məhəmmədlə görüşüb, hərbi məktəbə hazırlıq və qəbul olmaqla bağlı ona tövsiyələr verib, şərəfli zabit peşəsinin əhəmiyyətindən söhbət edib, bu yolda ona uğurlar diləyib.

Polkovnik E.Əbilovun Şuşa qalasının qarşısından təqdim etdiyi canlı videobağlantı məktəbin müəllim heyəti, şagirdlər, valideynlər tərəfindən qürurla, rəğbətlə qarşılanıb və duyğulu anlar yaşadıb.

Sonda məktəbin direktoru Lətifə Əzimova, sinif rəhbəri Gülnarə Quliyeva və şagirdlər Müdafiə nazirliyinə “Açıq dərs”in keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlıqlarını çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə