Hikmət Hacıyev: "Ermənistanın atdığı raket fərdi yaşayış evinin həyətinə düşüb"

Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır.

SİA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

Bu faktın bir nümunəsi olaraq bu gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 "Smerch" raketinin atılması və yaşayış evinin həyətinə düşməsini qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...