Prokurorluq sosial şəbəkələrdə VİDEO

Xəbər verildiyi kimi, prokurorluq orqanları ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xəbər verildiyi kimi, prokurorluq orqanları ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki dəyişikliklər, yeniliklər, ictimaiyyət tərəfindən maraq göstərilən məsələlər və digər məlumatları əldə etmək istəyən şəxslər rəsmi səhifələrə abunə olmaqla məlumatları maneəsiz şəkildə dərhal əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə