Azərbaycanda virusu öldürən maska hazırlanıb YENİLİK - VİDEO

Azərbaycanda virusu öldürən maska hazırlanıb. SİA-nın xəbərinə görə, bu maska nəinki insanları infeksiyalardan qoruyur, həm də virusu məhv edir.

Riyaziyatçı Türkel Süleymanlı tərəfindən hazırlanan elektron maska qoruyuculuq funksiyasından daha artığına malikdir. Digərlərindən fərqlənən ağıllı maska iki element, müxtəlif matellardan hazırlanan elektron plata, çip və qoruyucu qatdan ibarətdir. İstifadəsi vacib olan məqamlarda maskanı işlək vəziyyətə gətirmək və ya söndürmək mümkündür. Yeni qorucuyu vasitə özünütəmizləmə funksiyasına malik olmaqla yanaşı, mobil telefonlar kimi elektrik enerjisi qəbul edir. Enerjisi bitdiyi zamanı onu yenidən yükləmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə