“Buta Airways” aviaşirkəti əl yükünün daşınması qaydalarına dəyişiklik edib
12 mart 2020-ci il, Bakı – Sərnişinlərin çoxsaylı xahişlərini nəzərə alaraq və göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədilə Azərbaycanın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti 12 mart tarixindən etibarən aviaşirkətin reysləri ilə əl yükünün daşınması qaydalarında dəyişiklik edir.
Aviaşirkətdən SİA-ya verilən məlumata görə, aviadaşımalara dair yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.
Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.
Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.
Aviaşirkətin qaydalarına əsasən, əlavə olaraq hava gəmisinin salonunda aşağıdakı əşyaların daşınmasına icazə verilir:
• Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
• Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
• Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır).
• Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
• Çətir, və həmçinin uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
• Qeydiyyat masasında 25 avro ödəməklə ölçüləri 110 santimetrə (55x35x20 sm) qədər olan əl yükünün hava gəmisinin salonuna götürülməsinə icazə verilir.
Çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə baqaja görə ödəniş 25 avro təşkil edir. Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında və rəsmi satış kassalarında ödəniş edildikdə bu məbləğ 20 avro təşkil edir.
Minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.
“SUPER” tarifi ilə əldə edilmiş aviabiletlərə baqajın (23 kiloqramadək) və əl yükünün (10 kiloqramadək) ödənişsiz daşınması artıq daxil edilmişdir.
Baqajın daşınması qaydalarının tam mətni ilə göstərilmiş keçid vasitəsilə https://www.butaairways.az/az/information/conditions-of-carriage#paragraph16 aviaşirkətin saytında tanış ola bilərsiniz.
“Buta Airways” rəsmi səhifələrindəki xəbərləri və yenilənən məlumatları aşağıda göstərilən sosial şəbəkələrdə izləmək mümkündür:
“Buta Airways” – Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan struktur bölmədir. 2016-cı il dekabr ayında təsis edilmişdir. İlk reys 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilmişdir. Aviaşirkətin donanması “Embraer” tipli müasir hava gəmilərindən ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Türkiyəli jurnalist Azərbaycan xalqından üzr istədi
Siyasət 22:19Renault 80-ci illərin ralli əfsanəsini canlandıracaq...
Texnologiya 21:52Pentaqon şarlar üçün yeni bir istifadə tapdı...
Dünya 21:29Rusiyanı səfərbərlik gözləyirmi?
Dünya 21:06Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



