Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə mənəvi dəyərlərimizin tərkib hissəsidir” adlı layihə çərçivəsində rayonun Qosmalian kəndində maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Azər Həsənov, Emin Həmidli, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Qosmalian kənd məscidi dini icmasının sədri Hamlet Abdullayev, bələdiyyə sədri Vaqif Bayramov, məktəb direktoru Kamal Hüseynov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə dəyərlərinin qorunmasının vacibliyi vurğulanıb. Erkən nikahların və zərərli vərdişlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu qeyd edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB