Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir
Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyan Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.
Təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə