Misir Mərdanov: “Dövlət sifarişli ixtisaslarda təhsil haqqının artırılması məsələsi gələn il müzakirə edilə bilər”

Misir Mərdanov: “Dövlət sifarişli ixtisaslarda təhsil haqqının artırılması məsələsi gələn il müzakirə edilə bilər”
Magistraturaya qəbul olan oğlanların hərbi xidmətə çağrılması ilə əlaqədar problemləri parlament tərəfindən qəbul olunan qanun tənzimləyir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Hazırda parlamentdə kifayət qədər təhsil işçiləri, alimlərin təmsil olunduğunu deyən təhsil nazir söyləyib ki, müzakirələr zamanı onlara belə bir problemin olduğu haqqında məlumat verilib: "Əgər Parlamentdə o məsələ müzakirəyə çıxarılıb, müsbət qərar qəbul olunarsa, biz buna sevinə bilərik. Bu istiqamətdə müzakirə qaldırılarsa, biz də öz sözümüzü deyəcəyik".

Dövlət sifarişli ixtisaslarda təhsil haqqının artırılması məsələsinə gəlincə, təhsil naziri vurğulayıb ki, bu il artıq gecdir və bu məsələ gələn il üçün nəzərə alına bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə