Ermənistan boşalır 12011 nəfər ölkəni tərk edib

Ermənistan boşalır 12011 nəfər ölkəni tərk edib

Azərbaycanın 20 faiz torpağını işğal edən, qonşularına ərazi iddiaları irəli sürən Ermənistanda dəhşətli demoqrafik vəziyyət yaranıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində yalnız hava yolu ilə 12011 nəfər ölkəni tərk edib. "Zvartnots" hava limanıdan 933 min 384 erməni ölkədən gedib və 922 min 910 nəfər isə geri qayıdıb.

Gümrüdəki hava limanı vasitəsilə 33 min 713 nəfər yola düşüb, 32 min 176 nəfər qayıdıb.

Qeyd edək ki, Ermənistanı tərk edib, geri dönməyənlərin say müxtəlifliyi 12 min nəfərdən çoxdur. Ermənistandan xarici ölkələrə köçənlərin sayı tam olaraq göstərilmir. Hava yolundan fərqli olaraq, quru yolla ermənilərin kütləvi şəkildə Rusiyaya getdikləri məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə