Quba rayonunda 1 saylı orta məktəbin təmiri ilə bağlı açılış mərasimi keçiriləcək

Quba rayonunda 1 saylı orta məktəbin təmiri ilə bağlı açılış mərasimi keçiriləcək
Sentyabrın 16-da, saat 12.00-da Quba rayonunun İkinci Nüqədi kəndində Yaponiya Hökümətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilən "Quba rayonunun İkinci Nüqədi kəndində 1 saylı orta məktəbin təmiri" layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. Bu barədə SİA-ya Yaponiya səfirliyindən məlumat verilib.

Açılış mərasimində Yaponiyanın Azərbaycandakı fövqəladə və saləhiyyətli səfiri Masamitsu Oki, Quba rayonu İcra Hakimiyyətinin başçısı Rauf Həbibov və Quba rayon Təhsil şöbəsinin rəhbəri Süleyman Aslanov iştirak edəcəklər.

Adı çəkilən layihə üzrə Yaponiya səfirliyi və Quba rayon Təhsil şöbəsi arasında imzalanan müqavilənin ümumi məbləği 96, 802 ABŞ dolları təşkil edib. Layihənin əsas məqsədi Quba rayonunun İkinci Nüqədi kəndində 1300 kvadrat metrlik sahəsi olan mövcud məktəbin təmir olunmasıdır. Məktəbin təmiri 800 nəfər şagird və müəllim heyətinin təhsil şəraitini yaxşılaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə