Yasamal Parkında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Abşeron Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssamların iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək dövlətlərə məxsus bayraqların rəsmlərindən ibarət sərgi təşkil olunub.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə gənc rəssamlar iştirakçı dövlətlərin bayraqlarını əks etdirən şəkilləri püşk vasitəsilə seçərək çəkiblər. IV İslam Həmrəyliyi Oyunlarına dəstək xarakteri daşıyan bu tədbirdə çəkilən bayraqlar İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən həmin dövlətlərin nümayəndə heyətinə xatirə hədiyyəsi kimi təqdim olunacaq.
Yasamal Parkında təşkil edilən tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışlarında İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsini islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirilməsini, İslam Oyunlarının ilk növbədə İslam həmrəyliyinin gücləndirilməsində müstəsna rolunu vurğulayıblar.
Qeyd edək ki, sonda sərgidə iştirak edən gənc rəssamlara Baş İdarə tərəfindən sertifikatlar təqdim olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB