Dövlət başçısının göstərişinə uyğun olaraq, Bakı Vaqon Deposunda tətbiq edilən "ASAN qatar" sistemi fəaliyyətə başlayır. SİA-nın xəbərinə görə, Ölkədə bütün istiqamətlərdə - həm şimal, həm cənub, həm şimal-qərb, həm qərb və cənub-qərb istiqamətlərində hərəkət edərək əhaliyə xidmət göstərəcək "ASAN qatar" 4 vaqondan ibarətdir.
Yüksək səviyyəli şəraitlə təmin olunan vaqonlarda vətəndaşlara lazımı xidmətlərin göstrilməsi üçün bütün imkanlar yaradılıb. Vaqonlarda eyni zamanda "ASAN xidmət"in işçiləri üçün də bütün lazımi şərait yaradılıb. Belə ki, vaqonların biri onlar üçün mətbəx və yataq yeri kimi istifadə olunacaq.
Həmçinin vaqonlarda xidmət, gözləmə, loborotoriya xidmətləri mövcuddur.
"ASAN qatar"ın ilk ünvanı isə Qazax rayonu olacaq.
Fotolar Aslan Vali
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB