Prezidentlərin görüşün ilə bağlı
Uorlik də bəyanat verdi

"Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterbuq şəhərində keçirilmiş üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımdır". Məlumata görə, bu sözləri ATƏT-in Minsk qrupunun ABŞ–dan olan həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində qeyd edib.

O bildirib ki, görüşün yekununda bəyanat qəbul olunub: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində işləməliyik".

Görüşdən əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün tərəflər üçün etibarın yaranmasına kömək edəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə