Azərbaycan ordusu bu gün də uğurlu əməliyyat keçirərək düşmənin komanda-qərargah məntəqəsini dağıdıb. Erməni tərəfinin 170-dək hərbçisi və 12 zirehli texnikası məhv edilib. Qoşunların təmas xəttində gərginlik davam edir. Ordumuz tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dəqiq cavab atəşi ilə darmadağın edilib.
Müdafiə Nazirliyinin yaydığı görüntülərdən bazada olan avtomobillərin partladığı aydın görünür.
Bundan əlavə düşmənin çoxlu hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Uğuru əməliyyatlar və düşmənə endirilən sarsıdıcı zərbələr nəticəsində panikaya düşən ermənilər silah-sursatını ataraq mövqelərini qoyub qaçır. Silahlı birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin ümumilikdə 170-dək hərbi qulluqçusu məhv edilib və 12 zirehli texnikası sıradan çıxarılıb. Silahlı qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.
Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamələrində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 121 dəfə pozublar.Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endiriblər. Düşmənlə döyüşlərdə silahlı qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.
Ordumuzun üstünlüyü və düşmənə sarsıdıcı zərbələr endirməsindən sonra erməni əsgərlər psixoloji sarsıntılar keçiriblər. Xidmətdən boyun qaçırmaq istəyən 17 hərbiçi güllələnib.
Azərbaycandan kənarda yaşayan soydaşlarımızdan isə son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı döyüşlərə qatılmaq üçün Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ünvanlanan müraciətlərdə son günlər cəbhədə baş verən hadisələr zamanı ordumuzun qazandığı uğurlardan sevindiklərini, qürur duyduqlarını və ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan əməliyyatlarda yaxından iştirak etmək arzularını ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB