Təhsil Nazirliyindən kadr çatışmazlığı ilə bağlı Açıqlama

Təhsil Nazirliyindən kadr çatışmazlığı ilə bağlı Açıqlama

Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsində cari dərs ilində vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 38 faiz artırılıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, müsabiqədən sonra tutulmayan vakant yerlərin kadr təminatı ilə əlaqədar Təhsil Nazirliyinin təlimatına uyğun olaraq məktəblərə əvəzçilik qaydasında və müddətli müqavilə ilə ixtisaslı müəllimlər cəlb edilib.

Eyni zamanda qeyd olunub ki, hazırda ölkənin ümumtəhsil məktəblərində, o cümlədən cəbhə bölgələrində yerləşən təhsil müəssisələrində kadr çatışmazlığı müşahidə edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə