Prezident yanında Gənclər Fondunun dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Tariximizə Muzeylərin Gözü ilə Baxış" adlı layihəsi çəçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. SİA-nın xəbərinə görə, təşkil olunan ekskursiya zamanı layihə iştirakçıları Heydər Əliyev muzeyi və "Azərbaycan inciləri" sərgi zalı ilə tanış olublar. Heydər Əliyev Muzeyində gənclər Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında müasir eksponatlar vasitəsilə maraqlı məlumatlar əldə ediblər. "Azərbaycan inciləri" sərgi zalında tariximizi və milli-mədəni irsimizi əks etdirən nümunələr layihə iştirakçılarının geniş marağına səbəb olub.
"Tariximizə Muzeylərin Gözü ilə Baxış" layihəsinin əsas məqsədi gənclərin muzeylərə olan marağının artırılması, tariximiz və milli-mənəvi dəyərlərimizlə daha yaxından tanışlığını təmin etməkdir. Layihə rəhbəri Aytən Hüseynova qeyd edib ki: "Gənclərin layihənin icra prosesində aktiv iştirakı sevindirici haldır".
.jpeg)
(1).jpeg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB