Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılğı ilə Bərdədə məşhur azərbaycanlı mütəfəkkir Əhməd bin Harun Bərdəlinin vəfatının 1100 illiyinə həsr olunan, "Orta əsrlər Bərdəsinin tanınmış alimləri" mövzusunda elmi konfrans keçirilib. Fonddan SİA-ya verilən məlumata görə, konfransdan əvvəl Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, AMEA-nın, Bilik Fondunun əməkdaşları Bərdə İmamzadəsində olublar. Tədbir iştirakçıları Bilik Fondunun "Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi" layihəsinin gedişatı ilə maraqlanıblar.
Konfransda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, AMEA Əlyazmalar İnstitutunun "Farsdilli əlyazmaların tədqiqi" şöbəsinin müdiri, f.e.d. Möhsün Nağısoylu, AMEA-nın böyük elmi işçisi, f.ü.f.d. İlkin Əlimuradov, Bərdə şəhər Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, Bilik Fondunun əməkdaşları, Bərdə ziyalıları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB