Bu ilin əvvəlindən Azərbaycanda 44,5 min nikah və 6,9 min boşanma halları qeydə alınıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,4-dən 8,1-ə qədər azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Bu ilin yanvar-iyul ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1069 nəfər gələn və 489 nəfər ölkədən gedən qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə