İnsanların qeyri-sağlam qidadan tamamilə imtina etməsi vacib deyil
Amerikanın Tennesi ştatındakı Vanderbilt Universitetinin mütəxəssisləri sübut etmişlər ki, arıqlayan insanların qeyri-sağlam qidadan tamamilə imtina etməsi vacib deyil. Yalnız onun porsiyasını nəzarətdə saxlamaq lazımdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xeyirli və zərərli ərzaqlar arasındakı tarazlığın gözlənilməsi "ekstremal pəhrizlər"ə uyğun nəticələr əldə etməyə imkan verir. Arıqlayanların heç də hamısı faydalı yeməyi düzgün və dadlı hazırlamağı bilmirlər. Arıqlamanın əsas problemlərindən biri bunda əksini tapır. Əgər "yağlı və qızardılmış" ilə "təzə və faydalı" arasındakı tarazlıq nöqtəsi tapılsa, nəticələr özünü gözlətməz.
Fast-fuda olan tələbatı "uşaq payı" qədər qızardılmış kartof və ya balaca hamburqerlə ödəmək olar. Yemək istəyəndə alma, yoğurt, tərəvəz salatı yemək daha yaxşı olar.
Qeyd edək ki, faydalı qida heç də həmişə şirin və dadsız olmamalıdır. Xüsusi hazırlanma üsulları sayəsində situasiyanı daha yaxşı tərəfə yönəltmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB