Neftçala rayonuna Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb
Prezident İlham Əliyev "Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalanmışdı
Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da "Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib. Rayonda sənaye və emal müəssisələri açılıb, Mədəniyyət və incəsənət sarayı, Şahmat məktəbi əsaslı təmir edilib, təhsil və digər sosial yönümlü obyektlər inşa olunub, 24 kənddə sutəmizləyici qurğular quraşdırılıb, yeni yollar çəkilmiş, Kür çayı sahilində Bulvar kompleksi salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB