Nikolay Patskeviç: “Azərbaycanda İkinci dünya müharibəsi veteranlarına böyük diqqət yetirilir”

Nikolay Patskeviç: “Azərbaycanda İkinci dünya müharibəsi veteranlarına böyük diqqət yetirilir”

Azərbaycan dövləti İkinci dünya müharibəsi veteranlarına xüsusi qayğı ilə yanaşır, onlara böyük diqqət göstərir. Bu fikri Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə müsahibəsində səsləndirmişdir.

O bildirib ki, 69 il əvvəl SSRİ-nin bütün xalqları cəsurluğu, vətənpərvərliyi və birliyi sayəsində faşizm üzərində qələbə qazanıblar: "Biz İkinci dünya müharibəsi illərində ölkəmizi azad etmiş bütün azərbaycanlıların xatirəsini anırıq. Onların arasında Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov var".

Səfir vurğulayıb ki, Azərbaycanı və Belarusu sıx dostluq münasibətləri bağlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə