"Bununla əlaqədar heç bir açıqlama verməyəcəyəm. Çünki məhkəmə, istintaq bu məsələ ilə məşğul olur. Məsələ ilə əlaqədar komissiyaya nə sorğular daxil olubsa, onların hamısını rəsmi şəkildə cavablandırmışıq". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə sabiq səhiyyə naziri Əli İnsanovun son məhkəməsində ona qarşı səsləndirdiyi ittihamlara və məhkəmədə dindirilməsi barədə söylədiyi fikirlərə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanlarının məsələsidir: "Onlar bütün məsələlərə aydınlıq gətirməyə qadirdilər".
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov məhkəməsində bildirib ki, Məleykə Abbaszadə onun barəsində MTN-ə həqiqətə uyğun olmayan məlumatlarla dolu məktub göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB